
Bakı. Trend:
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bu gün
başlayır.
Trend
xəbər verir ki, Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas
seçimi bütün ixtisas qrupları üzrə 2025‑ci il avqustun 11-dən
19-dək olan müddətdə aparılacaq.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları
üzrə 6 iyul 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının
nəticəsi 17 iyulda, I və IV ixtisas qrupları (o cümlədən III qrup
üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya
fənni) üzrə 13 iyul 2025-ci il tarixində keçirilmiş qəbul
imtahanının nəticəsi isə 24 iyulda elan edilib.

