TƏBİB-dən metroda doğulan körpənin vəziyyəti ilə bağlı AÇIQLAMA

Cəmiyyət

Bakı. Trend:

08.08.2025-ci il tarixində Bakı Metropoliteninin “20 Yanvar”
stansiyasında dünyaya gələn və Respublika Klinik Xəstəxanasına
hospitalizasiya olunan yenidoğulmuşun səhhətində müsbət dinamika
müşahidə olunur.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat
verilib.

Bildirilib ki, yenidoğulmuşların intensiv terapiya şöbəsində
müalicəsi davam etdirilən körpə CPAP cihazından ayrılaraq maska
oksigenlə tənəffüs dəstəyinə keçirilib.

“Vəziyyətində yaxşılaşma müşahidə olunur.




Körpə ana südü ilə qidalanır, qidanı yaxşı həzm edir. Əlavə
olaraq parenteral qidalanma davam etdirilir. Laborator analiz
nəticəsində infeksion göstəricilərdə artım müşahidə olunduğuna
görə, müvafiq intensiv müalicələr aparılır.

Ananın vəziyyəti stabil qiymətləndirilir. Zahı qadının müalicəsi
Hamiləliyin patologiyası şöbəsində davam etdirilir”,- deyə əlavə
edilib.

Qeyd edək ki, yanvarın 8-i Bakı Metropoliteninin “20 Yanvar”
stansiyasında bir qadın uşaq dünyaya gətirib. Hadisə zamanı
stansiya əməkdaşları tərəfindən ona ilkin yardım göstərilib.
Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri
tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyaya
gətirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir