Bu il ali təhsil müəssisələri üçün 60914 plan yeri təqdim olunub – DİM sədri

Cəmiyyət

Bakı. Trend:

Bu il bizdə 60914 plan yeri təqdim olunub.

Trend
xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin
rəhbəri Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı abituriyentlərə
müraciətində məlumat verib.




O qeyd edib ki, dövlət sifarişli yerlərin sayı 28631-dir.

“Beləliklə bu il qəbul olanların demək olar ki, yarısından biraz
az şəxslər dövlət sifarişi ilə oxuyacaqlar. Onların dövlət sifarişi
ilə təhsil alması üçün bütün şəraitlər yaradılıbdır. Məsələ
bundadır ki, hər qrup üzrə dövlət sifarişli yerlərin sayı və
müsabiqə vəziyyəti müxtəlifdir”,- deyə DİM sədri əlavə edib.