
Bakı.Trend:
Yollarda təhlükə yaradan “Kamaz” sürücüsü inzibati qaydada həbs
edilib.
Trend xəbər
verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat
yayıb.
Bildirilib ki, Bakı-Quba yolunda hərəkət iştirakçıları üçün real
təhlükə yaradaraq təhlükəli manevrlər edən “Kamaz” markalı,
10-LK-628 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü
Kamilov Şöhrət Gülmirzə oğlu stasionar postda xidmət aparan YPX
əməkdaşlarının “saxla” tələbinə qəsdən əməl etməyərək hərəkətini
davam etdirib.
Qısa müddət ərzində Yol Patrul Xidməti əməkdaşlarının operativ
tədbirləri ilə nəqliyyat vasitəsi saxlanılıb. Yoxlama zamanı
sürücünün həmçinin icazə verilən qabarit, çəki və yüklə birlikdə
oxa düşən kütlə parametrlərini aşdığı müəyyən edilib.
Sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış
materiallar baxılması üçün məhkəməyə göndərilmiş və məhkəmə qərarı
ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.

