Rayonlararası marşrutlar üzrə qatarların qrafikində dəyişikliklər edilib (FOTO)

Cəmiyyət

Bakı.Trend:

Rayonlararası marşrutlar üzrə qatarların qrafikində
dəyişikliklər edilib.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.




Bildirilib ki, Bakı–Keşlə sahəsində aparılan təmir işləri ilə
əlaqədar olaraq, avqustun 11-dən etibarən Bakı-Balakən-Bakı,
Bakı-Qəbələ-Bakı və Bakı-Qazax-Bakı marşrutu üzrə sərnişin
qatarları yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərir.