
Bakı.Trend:
Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə “Ağalı”
tammetrajlı bədii filminin çəkilişləri başlayıb.
Trend xəbər
verir ki, filmin quruluşçu rejissorları Xəyyam Abdullazadə,
Elməddin Alıyev, ssenari müəllifi Ülviyyə Heydərova, quruluşçu
operatoru Vasif Vəlizadə, quruluşçu rəssamı Turan Yusifova, qrim
üzrə rəssamı Adilə Alıyevadır.
Filmdə baş rollarda Güşvər Ağayeva və Yaqut Paşazadə
çəkilirlər.

