Xocalının Xanyurdu kəndinə 62 nəfər qayıtdı, açarlar təqdim edilib (FOTO) (YENİLƏNİB)

Cəmiyyət

Xocalı.Trend:

Xocalı rayonunun Xanyurdu kəndinə 19 ailə – ümumilikdə 62
nəfərin köçürülməsi başa çatıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti
və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən
məlumata görə, köç prosesi çərçivəsində ailələrə tam təmir olunmuş
mənzillərin açarları təqdim edilib.

Tədbirdə çıxış edən Xankəndi şəhəri, Ağdərə və Xocalı
rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi
şəxsin icraçı direktorunun müavini Mahmud Əfəndiyev bildirib ki,
işğaldan sonra təmir və bərpa aparılan kənddə sakinlərin rahat
yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Elektrik, qaz,
içməli su, rabitə xətləri çəkilib, yol infrastrukturu yenilənib.
Yaxın vaxtlarda məktəb binası, uşaq bağçası, tibb məntəqəsi və
digər sosial obyektlər istifadəyə veriləcək.

Köçürülmə zamanı sakinlər doğma yurdlarına qayıtdıqları üçün
dövlət rəhbərliyinə minnətdarlıq ifadə ediblər. “İllərdir həsrətini
çəkdiyimiz torpaqlara qovuşmaq bizim üçün böyük xoşbəxtlikdir.
Burada bizim üçün hər bir şərait yaradılıb,” – deyə keçmiş məcburi
köçkünlər bildiriblər.

Qeyd edək ki, Xanyurdu kəndinə köçürülmə “Böyük Qayıdış”
proqramı çərçivəsində həyata keçirilir. Xanyurdu kəndinə bundan
əvvəl 33 ailə (122 nəfər) köçürülüb.

XXX

14:39

Ağdam rayon dörd yol ərazisindən yola salınan köç karvanı Xocalı
rayonunun Xanyurdu kəndinə çatıb.




Trend-in
Qarabağ bürosunun xəbərinə görə, 19 ailə olmaqla 62 nəfər artıq öz
dədə baba torpağına Xanyurdu kəndində çatıb.

Daha sonra Xanyurduna çatan ailələrə evlərin açarları təqdim
ediləcək.

xxx

13:38

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Trend xəbər
verir ki, Böyük Qayıdış proqramına uyğun olaraq bu mərhələdə 19
ailə olmaqla 62 nəfər Ağdam rayon Dörd yol adlanan ərazisindən
Xocalı rayonunun Xanyurdu kəndində yola salınıb.

Xocalı rayonunun Xanyurdu kəndinə köçürülən ailələr bu günə kimi
respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya
və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi
köçkünlərdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir