Paytaxtın bu küçəsində hərəkət məhdudlaşdırılacaq

Cəmiyyət

Bakı.Trend:

Uluqbəy küçəsinin Əhməd Rəcəbli küçəsi ilə
kəsişməsindən Ağa Nemətulla küçəsinə qədər olan hissəsində
nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyi məlumat yayıb.




Bildirilib ki, Həsən Əliyev küçəsindən Ziya Bünyadov
prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yeni
avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə
əlaqədar 11 avqust saat 18:00-dan etibarən Uluqbəy küçəsinin Əhməd
Rəcəbli küçəsi ilə kəsişməsindən Ağa Nemətulla küçəsinə qədər olan
hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

“Sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları
və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan
istifadə etmələri xahiş olunur”, – müraciətdə bildirilib