Sabahdan “Bağırov” körpüsü 10 günlük bağlanır – XƏBƏRDARLIQ

Cəmiyyət

Bakı. Trend:

Sabahdan “Bağırov” körpüsü bağlanır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.




Bildirilib ki, 12 avqust saat 08:00-dan etibarən etibarən 10 gün
müddətinə Bakı şəhəri, Nərimanov rayonu, “Bağırov” körpüsünün
üzərindəki geriyə dönmədə (“Koroğlu” metro stansiyasından şəhər və
əks istiqamətlərdə) “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən
aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin
hərəkəti tam məhdudlaşdırılacaq.

“Sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları xahiş
olunur”, – deyə məlumatda qeyd dilib.