
Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev uzun illər
müxtəlif vəzifələrdə çalışmış, təqaüddə olan və 75 yaşını qeyd edən
Sürəyya Əmirova ilə görüşüb.
İcra başçısı yubilyarı təbrik edib, xoş arzularını çatdırıb.
Həmçinin, Sürəyya Abbasqulu qızı Əmirovanı rayonun ictimai-siyasi
həyatında səmərəli fəaliyyəti və 75 illik yubileyi münasibətilə
Fəxri Fərmanla təltif edib, xatirə hədiyyəsi ilə
mükafatlandırıb.
Sürəyya Əmirova səmimi təbriklərə görə rayon rəhbərinə
təşəkkürünü bildirib.