
Bakı. Trend:
Ötən il ürəyin işemik xəstəliklərindən dünyasını dəyişən
şəxslərin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən Trend-in sorğusuna
cavab olaraq bildirilib ki, Səhiyyə Nazirliyinin məlumatlarına
əsasən 2024-cü ildə ölkə üzrə ürəyin işemik xəstəliklərindən
ölənlərin sayı 12162 nəfər təşkil edib.
Qeyd edək ki, ürəyin işemik xəstəlikləri (İÜX) — ürəyə qan
axınının zəifləməsi və ya tamamilə dayanması ilə xarakterizə olunan
bir qrup xəstəlikdir.
Bu, ürək əzələsinin (miokardın) oksigenlə təminatının pozulması
ilə nəticələnir. Əsas səbəb koronar arteriyaların daralması və ya
tutulmasıdır.