
Bakı. Trend:
Dövlət Dəniz və Liman Agentliyində imtahanların
mərkəzləşdirilmiş qaydada keçirilməsi ilə bağlı tətbiq olunan
yeniliklər davam edir. Yeni qaydalara əsasən, cari ilin 1 sentyabr
tarixindən etibarən xüsusi hazırlıq şəhadətnamələrinin ilk dəfə
əldə edilməsi və ya yenilənməsi zamanı yekun bilik
qiymətləndirilməsi üzrə imtahanlar həftənin çərşənbə və cümə
günləri Agentliyin inzibati binasında keçiriləcək.
Bununla bağlı “Xüsusi hazırlıq şəhadətnamələrinin yenilənməsi və
biliklərin yekun qiymətləndirilməsi üzrə imtahanların təşkil olunma
qaydaları” üzrə Təlimat Agentliyin 05 avqust 2025-ci il tarixli,
3-27-106/3-2-257/2025 nömrəli Əmri ilə təsdiqlənib və rəsmi
veb-saytında yerləşdirilib: (https://ddla.gov.az/inst/instruction-4.html)
Təlim-tədris mərkəzlərinə təlim günlərinin planlaşdırılması
zamanı imtahan günləri ilə üst-üstə düşməməsinə xüsusi diqqət
yetirilməsi tövsiyə olunur.
Bu yanaşma imtahan iştirakçılarının vaxtlarının səmərəli idarə
olunması üçün mühüm əhəmiyyət kəsb edir.