Qaradağda yolda təhlükə yaradan sürücü stasionar postda saxlanıldı

Cəmiyyət

bakı.Trend:

Yolda təhlükə yaradan sürücü stasionar postda saxlanılıb.

Trend xəbər
verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat
yayıb.

Bildirilib ki, Qaradağ rayonu, Lökbatan–Qobu yolunda “Ford”
markalı yük avtomobilinin sürücüsünün tam olaraq əks istiqamətli
nəqliyyat axınının hərəkət zolağına çıxaraq qarşıdan gələn sərnişin
avtobusu və digər nəqliyyat vasitələri üçün real təhlükə yaratması
ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər Baş Dövlət Yol
Polisi İdarəsində araşdırılıb.




Məlumata görə, araşdırma nəticəsində yolda özü, sərnişinləri və
digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradan
sürücünün Emil Cəfərli olduğu müəyyən edilib. O, YPX Alayının
əməkdaşları tərəfindən stasionar postda saxlanılıb və barəsində
qanunvericiliyə uyğun tədbirlər görülüb.

Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücülərə müraciət edərək,
onları yollarda təhlükəli manevrlərə yol verməməyə, digər hərəkət
iştirakçılarının həyatına hörmətlə yanaşmağa və qanunvericiliyin
tələblərinə ciddi şəkildə əməl etməyə çağırır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir