
Bakı. Trend:
Sertifikatlaşdırmadan uğurla keçmiş və əmək haqqını əlavələrlə
alacaq müəllimlərin sayı 75 minə yaxın olacaq
2022-ci ildən təşkil olunan sertifikatlaşdırma prosesində 64 901
müəllim iştirak edib. Sertifikatlaşdırmadan keçmiş 17 426
təhsilverənin vəzifə maaşına 35 faiz, 38 084 təhsilverənin vəzifə
maaşına isə 10 faiz artım tətbiq olunub.
2025-ci il üçün təşkil olunmuş sertifikatlaşdırılma prosesində
21000-ə yaxın kimya, biologiya, fizika, coğrafiya, informatika
fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif,
Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis
dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız
dili və s.) müəllimləri iştirak etmişdir. Test imtahan mərhələsində
6600 təhsilverən 51 bal və daha yuxarı, 11318 təhsilverən isə 30
bal və daha yuxarı nəticə göstərmişdir.
Qeyd edək ki, Sertifikatlaşdırma prosesinin növbəti mərhələsi, yəni
müsahibə mərhələsinə artıq avqust ayının sonlarından etibarən
başlayırıq. İlk növbədə təkrar sertifikatlaşdırma prosesinin test
imtahanı mərhələsində uğur qazanan müəllimlər üçün müsahibələr
təşkil olunacaq. Təkrar sertifikatlaşdırma üzrə 1400-dən artıq
müəllimin müsahibə mərhələsində iştirakı nəzərdə tutulub.

