125 min uşağın birinci sinfə qəbulu tamamlanıb

Cəmiyyət

Bakı. Trend:

2025-2026-ci tədris ili üzrə uşaqların 1-ci sinfə qəbul
prosesinə mayın 6-da start verilib. İndiyədək 125 min uşağın
birincə sinfə qəbulu yekunlaşıb.

Trend xəbər verir ki, bu barədə MÜTDA məlumat
yayıb.

Bildirilib ki, proses ilkin mərhələdə Bakı və digər regionlarda
prioritet tətbiq olunmaqla həyata keçirilib.




“Hazırda hər bir kəs məktəbəqəbul.edu.az platformasına daxil
olmaqla seçdikləri məktəb və müəllim üzrə, boş yer olduğu təqdirdə,
tədris azərbaycan və digər dillərdə aparılan ümumitəhsil
müəssisələrinə sorğularını yerləşdirə bilər. Proses 12 sentyabra
qədər davam edəcək, bu müddət ərzində sorğularını yerləşdirmiş
valideynlər sənədlərini məktəblərə təqdim edə bilərlər.

Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların
qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında
başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə
alaraq bildiririk ki, övladlarının 2025-2026-ci tədris ili üzrə I
sinfə elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər
mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb
və müəllim seçimi edə bilərlər”,- deyə əlavə edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir