Bu il neçə təhsil müəssisəsinin təmir-tikinti işlərinin yekunlaşması nəzərdə tutulur? – RƏSMİ

Cəmiyyət

Bakı. Trend:

2025-ci il investisiya büdcəsi çərçivəsində 15 təhsil
müəssisəsində təmir-tikinti işlərinin yekunlaşması nəzərdə
tutulur.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil
Nazirliyindən məlumat verilib.

Bildirilib ki, eyni zamanda, cari ildə dövlət büdcəsinin
mərkəzləşdirilmiş xərclərinin “Təhsil” bölməsi üzrə ayrılmış
müvafiq xərclər hesabına 779 təhsil müəssisəsində təmir işlərinə
başlanılıb.




“Bundan başqa 629 məktəbəqədər təhsil müəssisəsində də təmir
işləri aparılır”,- məlumatda qeyd edilib.

Qeyd edək ki, 2024-cü ildə ümumilikdə ölkə ərazisində 57 təhsil
müəssisəsində tikinti-quraşdırma işləri başlanıb, 33 məktəbdə işlər
yekunlaşdırılaraq istifadəyə verilib.

Spread the love