Ağdamda 4-cü yaşayış məhəlləsi 14 hektara yaxın ərazidə inşa olunur

Cəmiyyət

Ağdam.Trend:

4-cü yaşayış məhəlləsi 14 hektara yaxın ərazidə inşa olunur.
Burada 10 kvartal üzrə 64 bina olacaq.

Bu barədə Trend-ə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa,
Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi məlumat
verib.




O bildirib ki, 24.12.2023- cü il tarixində cənab prezidentin
Ağdam şəhərinə növbəti səfəri zamanı şəhər ərazisində 4-cü və 5-ci
yaşayış məhəllələrinin təməlini qoyub:

“Onlardan 47-i yaşayış, qalanları isə qeyri-yaşayış binasıdır.
4-cü yaşayış məhəlləsində 4450 nəfərdən ibarət 1080 ailənin
məskunlaşdırılıması nəzərdə tutulur. Bu məhəllədəki binalarda 48
ədəd 1 otaqlı, 356 ədəd 2 otaqlı, 474 ədəd 3 otaqlı və 202 ədəd 4
otaqlı mənzillər olacaq. Bundan əlavə bu yaşayış məhəlləsində də
yerüstü və yeraltı avtomobil dayanacağı yaradılacaq”.