Xəzər və Suraxanı tibb mərkəzlərinə yeni direktorlar təyin olunub (FOTO)

Cəmiyyət

Bakı. Trend:

Xəzər və Suraxanı tibb mərkəzlərinə yeni direktorlar təyin
olunub.

Trend
xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun
təqdimatı ilə Xəzər Tibb Mərkəzinə Mübariz Ağayev, Suraxanı Tibb
Mərkəzinə isə Tərlan Bəbirov rəhbərlik edəcək.




“Xəzər Tibb Mərkəzinin direktoru vəzifəsini icra edəcək M.Ağayev
ixtisasca pediatrdır və yeni təyinata qədər TƏBİB-də İxtisaslı
tibbi xidmətin təşkili departamentinin Tibbi koordinasiya şöbəsinin
müdiri vəzifəsində çalışıb.

Suraxanı Tibb Mərkəzinin direktoru vəzifəsini icra edəcək
T.Bəbirov ixtisasca pediatrdır və yeni təyinatadək Xəzər Tibb
Mərkəzinin direktoru vəzifəsində çalışıb”,- deyə əlavə edilib.

Spread the love