Binanı müqavilədə göstərilən müddətdə təhvil vermək üçün çalışırıq – Mirzə Məcnunov

Cəmiyyət

Ağdam. Trend:

Çalışırıq ki, binanı müqavilədə göstərilən müddətdə təhvil
verək.

Trend
xəbər verir ki, bunu media nümayəndələrinə müsahibəsində Ağdamda
fəaliyyət göstərən tikinti şirkətinin direktoru Mirzə Məcnunov
deyib.

O bildirib ki, hazırda tikinti-quraşdırma işləri gedir.




“Bəzi binaların fasadında hörgü işləri aparılır. Daxildə
kərpicdən hörgü, binanın damında paraped işləri gedir. Dəmir-beton
konstruksiyalı binaların bəziləri tamamlanmaq üzrədir. Digərlərinin
beşinci və altıncı mərtəbələrində işlər davam edir. Binanın
zirzəmisində hörgü və suvaq işləri aparılır.

Binanın zirzəmisində hörgü işləri gedir. Burada maşın dayanacağı
olacaq. Hər bir binadayük və sərnişin lifti nəzərdə tutulub.
Göründüyü kimi, binanın ətrafında kipləşdirmə işləri gedir.
Çalışırıq ki, binanı müqavilədə göstərilən müddətdə təhvil verək”,
– deyə o əlavə edib.