Vakant yerlərin gizlədilməsi ilə bağlı iddialar əsassızdır – Nurlan İsmayılbəyli

Cəmiyyət

Bakı.Trend:

Vakant yerlərin gizlədilməsi ilə bağlı iddialar əsassızdır.

Trend xəbər
verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət
Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan
İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, MİQ imtahanın məqsədi məktəblərdə kadr
təminatının ödənməsidir.




“2000-ə yaxın vakant yer tutulmamış qalıb. Vakant yerlərin
gizlədilməsi yolverilməzdir və iddialar əsassızdır.

Buna görə müsabiqəyə təqdim edilməyən azsaatlı vakant yerlərlə
bağlı yenilik edilir.