Bu il əlilliyi olan 259 nəfər peşə hazırlığına cəlb edilib – Nazirlik

Cəmiyyət

Bakı.Trend:

Cari ilin 7 ayı ərzində 6,5 min nəfər kimi işsizlikdən sığorta
ödənişi ilə bağlı qeydiyyata alınıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əmək münasibətlərinə müəyyən olunmuş əsaslarla
xitam verilmiş və işsiz kimi qeydiyyata alınmış sığorta olunanlara
itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş
təminat forması kimi işsizlikdən sığorta ödənişi ödənilir:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən aktiv
məşğulluq tədbirlərinin əsas istiqamətlərindən biri də əlilliyi
olan şəxslər üçün məşğulluq imkanlarının yaradılmasıdır.




Bu sahədə aparılan işlərin nəticəsi olaraq bu ilin 7 ayı ərzində
Dövlət Məşğulluq Agentliyi həmin kateqoriyadan olan 3,3 min nəfəri
münasib işlərlə təmin edib. Əlilliyi olan 950-dək şəxs isə
özünüməşğulluq proqramına cəlb edilib. Onlar proqram çərçivəsində
mal və materiallarla təmin olunaraq öz kiçik təsərrüfatlarını
qurublar”.

Məlumatda qeyd edilib ki, Agentlik tərəfindən bu ilin 7 ayında
əlilliyi olan 259 şəxs isə əmək bazarının tələblərinə uyğun peşələr
üzrə peşə hazırlığına cəlb edilib:

“Həmçinin, gözdən əlilliyi olan 35 şəxs üçün ötən ay xüsusi
proqram əsasında kompüter operatoru peşəsi üzrə peşə hazırlığı
kursuna başlanıb. Qeyd edək ki, əlilliyi olan şəxslərin məşğulluq
imkanlarının artırılması və onların cəmiyyətə adaptasiyası
məqsədilə mütəmadi olaraq layihələr və peşəyönümü məsləhət
xidmətləri də həyata keçirilir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir