Azad edilmiş ərazilərdə bügünədək aşkarlanan minaların sayı açıqlanıb

Cəmiyyət

Bakı.Trend:

İşğaldan azad edilmiş ərazilərdə bugünədək 220 178.2 ha ərazi
mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan
Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat
verilib.




Bildirilib ki, aparılan əməliyyatlar nəticəsində 37 818 ədəd
piyada əleyhinə mina, 22 059 ədəd tank əleyhinə mina, 144 604 ədəd
partlamamış hərbi sursat olmaqla ümumilikdə 204 481 ədəd mina və
partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib.