DYP-dən yağmurlu hava ilə bağlı sürücülərə MÜRACİƏT

Cəmiyyət

Bakı.Trend:

Hazırda paytaxtda və bir sıra bölgələrdə müşahidə olunan
yağmurlu hava yol hərəkəti iştirakçılarına çətinliklər yaradır.

Trend xəbər
verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi yağmurlu hava
şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciətində qeyd
olunur.

Müraciətdə bildirilib ki, yağışlı, çiskinli havalarda yol
örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər
kritik hava şərtlərini nəzərə alaraq, sürücülər sürət həddini
minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat
vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər:




“Belə havalarda piyadalar da diqqətli olmalı, məsuliyyətsiz
davranışların ağır nəticəyə səbəb ola biləcəyini
unutmamalıdırlar”.

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz havalarda qəza riskinin
artmasını nəzərə alaraq, bir daha hərəkət iştirakçılarından
qaydalara ciddi riayət etməyi xahiş edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir