Həyat yoldaşını qəsdən öldürməkdə təqsirləndirilən şəxsin məhkəmə prosesi başlayıb

Cəmiyyət

Bakı.trend:

Həyat yoldaşını qəsdən öldürməkdə təqsirləndirilən Ziyəddin
Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend xəbər
verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə
anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə tərkibi işin baxışa verilməsi ilə bağlı qərar qəbul
edib.




Məhkəmənin ilk baxış iclası 27 avqusta təyin olunub.

Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 120.2.4-cü( qəsdən adam
öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam
öldürmə), 120.2.9-cu (qəsdən adam öldürmə, təqsirkar şəxs üçün
aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə
ittiham irəli sürülüb.