
Bakı. Trend:
Azərbaycandan Ukraynaya elektrik avadanlıqlarından ibarət
humanitar yardım göndəriləcək.
Trend xəbər
verir ki, Ukrayna üçün nəzərdə tutulan humanitar yardım Sumqayıt
Texnologiyalar Parkının ərazisindən yola salınacaq.
Qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 11 avqust
2025-ci il tarixli Sərəncamına əsasən, bu məqsədlə iki milyon ABŞ
dollarının manat ekvivalentində vəsait ayrılıb.
Bu vəsait çərçivəsində göndərilən ilkin humanitar yardım yükünə
elektrik kabelləri, naqillər və transformatorlar daxildir.
Yolasalma mərasimində Energetika Nazirliyinin təmsilçiləri və
Ukraynanın Azərbaycandakı səfirliyinin nümayəndələri iştirak
edirlər.