Rezidenturaya ixtisas seçimi başlandı

Cəmiyyət

Bakı. Trend:

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başlanıb

Bu barədə Trend-ə Dövlət
İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, namizədlər müsabiqədə iştirak etmək üçün avqustun
13-dən 17-dək https://www.e-gov.az/az/services/read/3149/1 internet
səhifəsinə daxil olaraq ixtisas seçimi edirlər:

“İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri
Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas
fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha
çox bal toplayan namizədlər buraxılırlar.

Müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili
istiqamətinə uyğun ixtisasları seçir, sonra onların kodlarını öz
elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi
ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilmiş ixtisasların ərizə
formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi
götürülür və namizəd qəbul imtahanında topladığı bala əsasən
müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.




Nəzərinizə çatdırırıq ki, “Rezidentura” jurnalının 3-cü nömrəsində
“Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün
təlimat, “Namizədin elektron ərizəsi”ndə ixtisas seçimi formasının
nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan
yerləri dərc edilib.

Qəbul aparılan klinik bazalar haqqında ətraflı məlumatla
buradan tanış ola bilərsiniz”.

“Rezidenturaya qəbul imtahanının II mərhələsinin (ixtisas
fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) nəticələri
haqqında bəzi statistik məlumatları da təqdim edirik.

Avqustun 10-da keçirilən imtahanda iştirak edən 901 namizəddən
610 nəfəri müsabiqə şərtini ödəyərək (50 və daha çox bal
toplayaraq) ixtisas seçiminə buraxılıb. Bu məqamda öz istəyi ilə
yanaşı mövcud müsabiqə vəziyyətinin reallığını – ixtisaslar üzrə
plan yerlərini, müsabiqədə iştirak edən namizədlərin topladıqları
balların paylanmasını diqqətlə araşdırmaq, eləcə də öz fərdi
imtahan nəticəsinin bu sıralamadakı yerini düzgün müəyyən etmək
seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər”, – qurumdan
əlavə olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir