
Bakı. Trend:
Yaponiyadan Azərbaycana idxal olunan 126 kq 360 ədəd “DR. PEPPER
CAN 350G” əmtəə nişanlı və 120 kq, 240 ədəd “GRAPE 500ML” əmtəə
nişanlı meyvə aromalı qazlı su məhsullarında benzoy turşusunun
kütlə qatılıq miqdarının normadan artıq olduğu aşkarlanıb.
Trend bu barədə Azərbaycan
Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində 52,8 kq, 120 ədəd
südlü içki, 36 kq, 72 ədəd qazsız təbii su, 22,56 kq, 48 ədəd
alkoqolsuz içki, 14,4 kq, 18 ədəd meyvə şirəsi, 24 kq, 48 ədəd
“CALPIS THE RICH 490ML” əmtəə nişanlı, 20,64kq, 48 ədəd“CALPIS BODY
CALPIS BIO P430ML” əmtəə nişanlı, 24 kq, 48 ədəd “MITSUYA EXTRA
RICH ORANGE SQUASH P500ML” əmtəə nişanlı, 72 kq, 144 ədəd “MITSUYA
TOKUNO GRAPE SQUASH 500ML” əmtəə nişanlı, 72 kq, 144 ədəd “MITSUYA
TOKUNO PEACH SQUASH P500ML” əmtəə nişanlı alkoqolsuz içki
məhsullarının istifadə müddətinin bitdiyi müəyyən olunub.
“Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb,
istehlaka yararsız məhsullar məhv edilib”, – qurumdan əlavə
olunub.