İkinci qrup üzrə ixtisas seçimi müsabiqəsində 14 min 935 plan yeri nəzərdə tutulur

Cəmiyyət

Bakı. Trend:

2025/2026-cı tədris ili üçün respublika ali təhsil
müəssisələrinin II ixtisas qrupuna Azərbaycan və rus bölmələri, hər
iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət
sifarişi üzrə yerlərin sayı təqdim edilib.

Dövlət İmtahan Mərkəzindən Trend-ə bildirilib ki, 2025/2026-cı tədris ili üçün
ali təhsil müəssisələrinin II ixtisas qrupuna Azərbaycan bölməsi
üzrə 11 min 615, rus bölməsi üzrə 590 plan yeri nəzərdə
tutulur.

Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2730
olmaqla, II ixtisas qrupu üçün cəmi 14 min 935 plan yeri ayrılıb.
II ixtisas qrupunda 4145 yer üzrə qəbul isə dövlət sifarişi
əsasında aparılır.




Qeyd edək ki, iqtisadiyyat ixtisası üçün dövlət sifarişi üzrə
ayrılmış 13 yerin və menecment ixtisası üçün dövlət sifarişi üzrə
ayrılmış 12 yerin müsabiqəsində M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş
abituriyentlər də iştirak edirlər.

Dövlət sifarişi üzrə ayrılmış yerlərin müsabiqəsində Müdafiə
Nazirliyinin Milli Müdafiə Universitetinin Heydər Əliyev adına
Hərbi İnstitutuna qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak
edirlər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir