Ötən il infeksion və parazitar xəstəliklərdən ölənlərin sayı azalıb

Cəmiyyət

Bakı. Trend:

Ötən il bəzi infeksion və parazitar xəstəliklərdən ölənlərin
sayı azalıb.

Trend xəbər
verir ki, bu barədə, “Azərbaycanda səhiyyə, sosial müdafiə və
mənzil şəraiti” statistik məcmuəsində öz əksini tapıb.




Belə ki, 2024-cü ildə bəzi infeksion və parazitar xəstəliklərdən
ölənlərin sayı 504 nəfər olub. 2023-ü ildə isə bu rəqəm 778 olub.
Son 15 ildə infeksion və parazitar xəstəliklərdən ən çox ölüm sayı
2020-ci ildə qeydə alınıb. Həmin il infeksion və parazitar
xəstəliklərdən ölənlərin sayı 5875 nəfər olub.