Ötən il ölən 1 yaşınadək uşaqların sayı açıqlandı

Cəmiyyət

Bakı. Trend:

2024-cü ildə 1420 nəfər 1 yaşına çatmamış uşaq vəfat edib.

Trend xəbər verir ki, bu, “Azərbaycanda
səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsində öz
əksini tapıb.




Məlumata görə, ölən uşaqlardan 804 nəfəri oğlan, 616 nəfəri isə
qız uşağıdır. 2023-cü illə müqayisədə ötən il 1 yaşınadək ölən
uşaqların sayında azalma qeydə alınıb. Belə ki, 2023-cü ildə 1146
nəfər oğlan, 893 nəfər qız olmaqla ümumilikdə 2039 nəfər 1
yaşınadək uşaq həyatını itirib.