
Bakı. Trend:
2025-ci ilin əvvəlinə olan məlumata əsasən, ölkədə 68 narkoloq
fəaliyyət göstərir.
Trend xəbər verir ki, bu, “Azərbaycanda
səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsində öz
əksini tapıb.
Belə ki, bu rəqəm, 2023 və 2021-ci illərdə 67 nəfər, 2016-cı
ildə 91 nəfər, 2011-ci ildə isə 89 nəfər olub.
Statistik göstəricilərə əsasən, ötən ilə nəzərən narkoloqların
sayında artım olsa da, son 14 ildə narkoloqların sayı azalıb.