
Bakı. Trend:
2025/2026-cı tədris ili üçün respublika ali təhsil
müəssisələrində III ixtisas qrupunda Azərbaycan və rus bölmələri,
hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və
dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib.
Dövlət İmtahan Mərkəzindən Trend-ə bildirilib ki, 2025/2026-cı tədris ili üçün
ali təhsil müəssisələrinin III ixtisas qrupuna Azərbaycan bölməsi
üzrə 11 min 863, rus bölməsi üzrə 1520 plan yeri nəzərdə
tutulur.
Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2200
yer olmaqla, III ixtisas qrupu üzrə ümumilikdə 15 min 583 yer
ayrılıb. Bu yerlərdən 4163-nə qəbul dövlət sifarişi əsasında
aparılır.
III ixtisas qrupundakı plan yerlərinin altqruplar üzrə
paylanmasına gəldikdə isə DT altqrupunda ümumilikdə 13 min 558 plan
yeri (o cümlədən Azərbaycan bölməsində 10 min 538, rus bölməsində
1245, hər iki bölmənin birgə müsabiqəsi üzrə 1775) var. DT
altqrupunda dövlət sifarişi əsasında 3953 plan yeri var.
TC altqrupu üzrə ümumilikdə 2025 plan yeri (o cümlədən
Azərbaycan bölməsində 1325, rus bölməsində 275, hər iki bölmənin
birgə müsabiqəsi üzrə 425) mövcuddur. TC altqrupunda dövlət
sifarişi əsasında 210 plan yeri ayrılıb.
Qeyd edək ki, filologiya ixtisası üçün dövlət sifarişi üzrə
ayrılmış 30 yerin müsabiqəsində M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş
abituriyentlər də iştirak edirlər.
Dövlət sifarişi üzrə ayrılmış yerlərin müsabiqəsində Müdafiə
Nazirliyinin Milli Müdafiə Universitetinin Heydər Əliyev adına
Hərbi İnstituta qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak
edirlər.

