
Bakı. Trend:
2024-cü ildə 24 228 nəfərə psixi pozuntular və davranış
pozuntuları diaqnozu qoyulub.
Trend xəbər verir ki, bu, “Azərbaycanda
səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsində öz
əksini tapıb.
Məlumata əsasən, 2023-cü ildə bu rəqəm 22 273 nəfər olub.
2023-cü illə müqayisədə ötən il psixi pozuntular və davranış
pozuntuları diaqnozu qoyulan şəxslərin sayı artıb.

