
Bakı. Trend:
2024-cü ildə qızılca və suçiçəyi keçirən şəxslərin sayı
açıqlanıb.
Trend xəbər verir ki, bu, “Azərbaycanda
səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsində öz
əksini tapıb.
Məlumata əsasən, ötən il 18 584 nəfər qızılca, 22 615 nəfər isə
suçiçəyi xəstəliyi keçirib.
2023-cü ildə qızılca keçirənlər 13 207 nəfər, suçiçəyi
keçirənlər isə 41 874 nəfər olub.