Ötən il xərçəng xəstəliyi diaqnozu qoyulanların sayı açıqlandı

Cəmiyyət

Bakı. Trend:

2024-cü ildə 15 164 nəfərə ayrı-ayrı lokalizasiyalar üzrə
bədxassəli şiş diaqnozu qoyulub.

Trend xəbər verir ki, bu, “Azərbaycanda
səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsində öz
əksini tapıb.




Məlumata əsasən, bu rəqəm 2023-cü ildə 13 666 nəfər olub.

2024-cü ildə tibb müəssisələrində qeydiyyatda olan bədxassəli
şiş diaqnozlu xəstələrin sayı 73 875 nəfər olub. 2023-cü ildə bu
rəqəm 69 435 nəfər olub.

Spread the love