Ötən il ilk dəfə şəkərli diabet diaqnozu qoyulanların sayı məlum oldu

Cəmiyyət

Bakı. Trend:

2024-cü ildə 33 533 nəfərə ilk dəfə şəkərli diabet xəstəliyi
diaqnozu qoyulub.

Trend xəbər
verir ki, bu, “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil
şəraiti” statistik məcmuəsində öz əksini tapıb.




Məlumata görə, onlardan 1 134 nəfəri insulindən asılı şəkərli
diabet xəstələri, 32 399 nəfəri isə insulindən asılı olmayan
şəkərli diabet xəstələridir.

Qeyd edək ki, 2024-cü ildə tibb müəssisələrində qeydiyyatda olan
şəkərli diabet xəstələrinin sayı 423 523 nəfər təşkil edib.