Sabah Bakının bu rayonlarında qaz kəsiləcək

Cəmiyyət

Bakı. Trend:

Sabah saat 10:00-dan etibarən Xəzər, Qaradağ və Səbail rayonları
ərazisində qaz təchizatı dayandırılacaq.

Trend xəbər
verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.




Bildirilib ki, qaz təchizatında dayanma xətlərdə görüləcək təmir
işləri ilə əlaqədardır.

Belə ki, təmir işləri aparılan müddətdə Xəzər rayonu üzrə
Şüvəlan qəsəbəsinin və Gülçülük yaşayış massivinin, Qaradağ rayonu
üzrə Puta qəsəbəsinin, Səbail rayonu üzrə isə Z.Yusifzadə,
A.Məmmədov, L.Babayev, Ə.Nəzmi, A.Nəsirov, M.Useynov, Xanlar,
S.Qədimova və A.Abbaszadə küçələrinin qaz təchizatında məhdudiyyət
fasilə yaranacaq.