Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq

Cəmiyyət

Bakı.Trend:

Bu gün 10:00-dan etibarən Bakının Xəzər, Qaradağ və Səbail
rayonları ərazisində qaz təchizatı dayandırılacaq.

Trend xəbər
verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.




Bildirilib ki, qaz təchizatında dayanma xətlərdə görüləcək təmir
işləri ilə əlaqədardır.

Məlumata görə, təmir işləri aparılan müddətdə Xəzər rayonu üzrə
Şüvəlan qəsəbəsinin və Gülçülük yaşayış massivinin, Qaradağ rayonu
üzrə Puta qəsəbəsinin, Səbail rayonu üzrə isə Z.Yusifzadə,
A.Məmmədov, L.Babayev, Ə.Nəzmi, A.Nəsirov, M.Useynov, Xanlar,
S.Qədimova və A.Abbaszadə küçələrinin qaz təchizatında məhdudiyyət
fasilə yaranacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir