
Bakı.Trend:
Qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücü
Ekoloji nəzarət postunda saxlanılıb.
Trend xəbər
verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat
yayıb.
Bildirilib ki, sürücü Həsənov Əlifağa Aqil oğlu ilə aparılmış
profilaktik söhbətdən sonra barəsində müvafiq sənədləşmə aparılaraq
toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə o, 20 gün müddətinə inzibati qaydada həbs
edilib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə xatırladır ki,
sərnişindaşıma fəaliyyəti yalnız qanunvericiliyin tələblərinə uyğun
şəkildə təşkil olunmalı və bu fəaliyyət zamanı sərnişinlərin
təhlükəsizliyi tam təmin edilməlidir.