2024-cü ildə ömürlük azadlıqdan məhrum edilənlərin sayı məlum olub

Cəmiyyət

Bakı.Trend:

2024-cü ildə 10 nəfər ömürlük azadlıqdan məhrum edilib.

Trend xəbər
verir ki, bu barədə “Azərbaycanda hüquqpozmalar” statistik
məcmuəsində qeyd olunub.




Məlumata görə, ötən il ərzində 3 209 nəfər 2 ilə qədər, 3 770 2
ildən 5 ilə qədər, 1 921 5 ildən 10 ilə qədər, 366 nəfər isə 10
ildən 20 ilə qədər müddətə həbs edilib.

Qeyd edək ki, 2023-cü ildə bu göstərici 5 nəfər olub.