Salyanda keçmiş arvadını öldürmək istəyən şəxsə hökm oxundu

Cəmiyyət

Bakı. Trend:

Salyanda keçmiş arvadını öldürməyə cəhddə təqsirləndirilən
Seyyidmehdi Babayevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi
keçirilib.

Trend xəbər
verir ki, Lənkəran Ağır Cinayət Məhkəməsində keçirilən prosesdə
hökm oxunub.




Hökmə əsasən, Seyyidmehdi Babayev 10 il müddətinə azadlıqdan
məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam
öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.