İki uzman həkim əməliyyat etdi, onkoloji xəstə sağaldı (FOTO)

Cəmiyyət

Bakı. Trend:

2025-ci ilin fevral ayında sinəsində ağrı şikayəti olan 45 yaşlı
xəstə Kliniki Tibbi Mərkəzin Torakal Cərrahiyyə şöbəsinə müraciət
edib.

Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, aparılan müayinələr zamanı sağ döş qəfəsi
boşluğunun böyük hissəsini dolduran, ətraf orqanlarla yaxın təmasda
olan, təxmini ölçüsü 18 sm olan, nəhəng və solid ağciyər törəməsi
aşkarlanıb.




“Sağ ağciyərin orta və aşağı pay lobektomiyası ilə birlikdə,
diafraqma rezeksiyası və rekonstruksiyası da icra edilərək invaziv
törəmə en bloc şəkildə çıxarılıb.

Əməliyyat Torakal Cərrahiyyə şöbəsinin müdiri uzman torakal
cərrah Fəhmin Əmirov, uzman torakal cərrah Çinarə Kərimli və
komandanın digər üzvləri ilə birlikdə icra olunub.
Patologiya nəticəsində, çıxarılmış törəmənin ağciyərdə son dərəcə
nadir rast gəlinən Solitar Fibroz Tümor olduğu təsdiqlənib. Xəstə
əməliyyatdan 8 gün sonra heç bir ağırlaşma olmadan evə buraxılıb.
Altı aylıq kontrol müayinəsində onkoloji xəstəliyin lokal olaraq
kontrol altında olduğu müəyyən edilib.

Qeyd edək ki, ətraf orqanlara invaziya etmiş belə nəhəng
törəmələrdə onkolojik prinsiplərə uyğun icra olunan radikal və
genişləndirilmiş rezeksiyalar seçilmiş xəstələrdə həyat
xilasedicisi ola bilər”,- deyə məlumatda qeyd edilib.

Spread the love