Azərbaycan hərbçiləri Pakistanda keçirilən hərbi paradda iştirak ediblər (VİDEO)

Cəmiyyət

Bakı. Trend:

Avqustun 13-də Pakistan İslam Respublikasının paytaxtı İslamabad
şəhərində ilk dəfə “Müstəqillik günü” və “Haqqın qələbəsi”nə həsr
edilmiş hərbi parad keçirilib.

Trend
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Paradı Pakistanın siyasi və hərbi rəhbərliyi ilə
yanaşı, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini –
Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim
Vəliyev, ölkəmizin Pakistan İslam Respublikasındakı səfirliyi və
hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər rəsmi
qonaqlar izləyiblər.




Müxtəlif ölkələrin silahlı qüvvələrinin nümayəndələrinin iştirak
etdiyi hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti
təmsil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir