“20 Yanvar” stansiyasında doğulan körpə və anası evə buraxılıb

Cəmiyyət

Bakı. Trend:

Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğulan və
Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunan körpə və
anası bu gün evə buraxılıb.

Trend
xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, hazırda hər ikisinin vəziyyəti qənaətbəxş
qiymətləndirilir. Körpə sərbəst şəkildə tənəffüs alır, qidalanır və
sağlamdır.




Hamiləliyin patologiyası şöbəsində müalicə alan ananın da
vəziyyəti müsbət qiymətləndirilir. Tibb müəssisəsində körpəyə
lazımi qulluq qaydaları barədə anaya ətraflı məlumatlar
verilib.

Xatırladaq ki, 08.08.2025-ci il tarixində saat 07:40 radələrində
Bakı Metropoliteninin “20 Yanvar” stansiyasından doğuş səbəbilə
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət
qeydə alınıb.

Təcili tibbi yardım briqadası tərəfindən ana və körpəsinə ilkin
tibbi yardım göstərildikdən sonra ixtisaslı yardım göstərilməsi
üçün Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub.