Bakı Dəmiryol Vağzalının parklanma xidməti metro şaxtasının tikintisinə görə müvvəqqəti dayandırılır

Cəmiyyət

Bakı.Trend:

“Bakı Metropoliteni” QSC tərəfindən 200 metrə yaxın tunelin
inşasına hazırlıq işləri çərçivəsində “28 May” metro stansiyası
ətrafında, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Dəmiryol
Vağzalının yaxınlığında havalandırma şaxtasının tikintisinə
başlanılır.

Trend xəbər verir ki, bu barədə “Azərbaycan
Dəmir Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, tikinti meydançalarından biri Bakı Dəmiryol
Vağzalının Süleyman Rəhimov və Mirəli Qaşqay küçələrinin
kəsişməsində sərnişinlər üçün qarşılama və yola salma məqsədilə
yenidən qurulmuş avtomobil parklanma sahəsində yerləşir.




“Təhlükəsizlik tələblərinin yerinə yetirilməsi məqsədilə ərazi
hasarlanacaq, parklanma xidməti müvəqqəti olaraq
dayandırılacaq.

Sərnişinlər vağzal ərazisinə parklanma sahəsindəki şlaqbaumun
yuxarı hissəsindən və digər girişlər vasitəsilə daxil ola
biləcəklər.

Tikinti işləri Bakı Dəmiryol Vağzalının fəaliyyətinə və ADY-nin
qatarlarının qrafik üzrə hərəkətinə maneə yaratmayacaq”, –
məlumatda deyilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir