Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqəsində iştirak edənlərin nəzərinə

Cəmiyyət

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki
məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə
qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri ilə bağlı
Apellyasiya komissiyası fəaliyyətə başlayacaq.

Bu barədə Trend-ə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, müsahibə mərhələsində uğur qazanmayan namizədlər
15 avqust 2025-ci il tarixində saat 15:00-17:00 aralığında BŞTİ-yə
yaxınlaşaraq tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin
müsahibəsi üzrə Apellyasiya komissiyasına müraciət edə bilərlər.
Müraciət edən hər bir şəxsin şəxsiyyətini (şəxsiyyət vəsiqəsi),
təhsilini və iş fəaliyyətini (olduğu təqdirdə) təsdiq edən
sənədlərini özü ilə gətirməsi vacibdir.




Qeyd edək ki, 2022-ci və 2023-cü illərdə keçirilən müsabiqələrin
test imtahanı və müsahibə mərhələsindən uğurla keçən, lakin bal
ardıcıllığına və seçiminə uyğun olaraq yerləşdirilməsi mümkün
olmayan namizədlər, eyni zamanda, 2023-cü ildə test imtahanında
keçid balını (29 və daha çox) toplayan və müsahibəyə qatılmayan
şəxslər yenidən təşkil olunmuş müsahibədə iştirak ediblər.

Müsahibədə iştirak etmiş şəxslərin nəticələri barədə məlumat SMS
vasitəsilə namizədlərin əlaqə nömrələrinə­ göndərilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir