
Bakı.Trend:
Siyəzən rayon Beşdam Bələdiyyəsinin sədrinin ölkədən çıxışına
qadağa qoyulub.
Trend xəbər
verir ki, buna səbəb bələdiyyənin Dövlət Sosial Müdafiə Fonduna və
İcbari Tibbi Sığorta Fonduna olan borcları olub.
Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin
2 saylı Ərazi Vergilər Baş İdarəsi Beşdam Bələdiyyəsinə qarşı
orqanın rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti
məhdudlaşdırılması”na dair ərizə ilə məhkəməyə müraciət edib.
Siyəzən rayon Məhkəməsinin qərarı ilə Siyəzən rayonu Beşdam
Bələdiyyəsinin dövlət büdcəsinə olan vergi borclarının ödənilməsini
təmin etmək üçün bələdiyyənin icra orqanının rəhbərinin ölkədən
getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.