Xaçmazda ustanı cərəyan vurdu

Cəmiyyət

Bakı.Trend:

Xaçmaz sakini cərəyan vurması nəticəsində həyatını itirib.

Trend-in
məlumatına görə, hadisə Niyazova kəndində baş verib.




Belə ki, avqustun 14-də 1966-cı il təvəllüdlü, Xaçmaz şəhər
sakini Ş.Daşdəmirov Niyazova kəndində yerləşən ona məxsus avtomobil
təmiri müəssisəsinin üzərindən keçən internet naqilləri sallanaraq
maşınların keçməsinə maneə yaratdığı üçün kabeli əli ilə tutub
yuxarı qaldırmaq istədikdə onu cərəyan vurub. Nəticədə çoxsaylı
xəsarətlərlə Xaçmaz RMX-na daxil olub, sonradan həyatını
itirib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma
aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir