Azərbaycanda orqanlarını bağışlayanların ümumi sayı AÇIQLANIB

Cəmiyyət

Bakı. Trend:

Azərbaycanda orqanlarını bağışlayanların ümumi sayı 450 nəfərə
çatıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi
Orqan Donorluğu və Transplantasiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Səhiyyə Nazirliyi tərəfindən orqan donorluğu və
transplantasiya sahəsində həyata keçirilən geniş ictimai
məlumatlandırma tədbirləri nəticəsində son 6 ay ərzində ölkədə
ölümündən sonra orqanlarını bağışlayanların sayında artım müşahidə
edilir.




“Belə ki, 10 gün əvvəl verilən məlumata görə, bu göstərici 400
nəfər təşkil edirdi. Səhiyyə Nazirliyi Orqan Donorluğu və
Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin məlumatına görə,
hazırda orqanlarını bağışlayanların ümumi sayı 450 nəfərə
çatıb.

Nazirlik maarifləndirmə tədbirlərini davam etdirir və
vətəndaşları bu xeyirxah qərarı qəbul etməyə çağırır”,- məlumatda
qeyd edilib.

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir