
Bakı. Trend:
Saatlı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən
əməliyyat tədbirləri ilə rayonun Genişkənd kəndinin çöllük
ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul
olan Rüstəm Əliverdiyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən
məlumata görə, baxış zamanı ayrı-ayrı məkanlarda xüsusi aqrotexniki
qaydalara qulluq edilərək yetişdirilən 71 ədəd çətənə kolu aşkar
olunaraq götürülüb.
R.Əliverdiyev fərqli yerlərdə yetişdirdiyi çətənə bitkilərinə
qulluq edən zaman qabaqcadan hazırladığı 4 xüsusi tuneldən istifadə
etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində
həbs qətimkan tədbiri seçilib.